Icma.az, 525.az portalına istinadən məlumat yayır.
Almaniyanın Brandenburq əyalətində ağır yol qəzası baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, avtomobil sürücüsünün düzgün olmayan ötmə manevrinə cəhdi faciə ilə nəticələnib. Belə ki, ötməyə çalışan avtomobil qarşı zolağa keçdikdən sonra bir sırada hərəkət edən motosiklet qrupu ilə toqquşub.
Qəzada üç motosikletçi və bir qadın sərnişin ölüb, avtomobil sürücüsü isə xəstəxanaya aparılıb.
Qəzadan sonra hadisə yerinə çoxsaylı yanğınsöndürmə və polis qrupları göndərilib.
Hadisənin baş verdiyi L200 şossesi üç saatdan çox müddətə nəqliyyatın hərəkəti üçün bağlanıb.
İbrahim Cəfərov