Almaniyada avtomobil parkı yandırıldı

22.10.2026

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gecə Almaniyada "Rheinmetall" kompaniyasına məxsus avtomobil parkında güclü yanğın olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, olay Leypsiq şəhərinin Paunsdorfer-ştrass küçəsində yerləşən MAN servis mərkəsində yaşanıb.

Bakı vaxtı ilə 02.45-də hadisə yerinə gələn yanğınsöndürənlər işlərini 6.00-da bitiriblər. Yanğın nəticəsində azı 10 yük avtomobili və furqon yanıb. Onların dəqiq sayı barədə məlumat verilmir. Faktla bağlı araşdırmalara başlanılıb, dəymiş ziyan hesablanır. Qəsdən yanğın törətmə ehtimalı böyükdür.

Qeyd edək ki, az əvvəl yerli "Bild" qəzeti MAN konserninə məxsus parkda baş vermiş yanğın zamanı "Rheinmetall"a məxsus avtomobillərin olmadığını, yanan texnikanın isə eyniadlı ticarət mərkəzinə və orada yerləşən təmir sexinə aid olduğunu yazıb.  

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью