Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Almaniyanın Helzerkirhen şəhərində oğrular xüsusi drellə bankın divarında deşik açaraq 3 mindən çox depozit qutusunda saxlanılan qiymətli əşya və pulları oğurlayıblar.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ilkin hesablamalara görə, onlar bankın müştərilərinin 300 milyon avroluq əmlakını ələ keçiriblər.
Hadisə dekabrın 27-də baş verib. İş günləri olmadığından oğurluq hadisəsindən 2 gün sonra xəbər tutulub. Təfərrüatları isə bir neçə gün əvvəl ictimaiyyətə məlum olub.
Polisdən verilən məlumata görə oğurluğu 5-7 nəfərdən ibarət qrup törədib. Daha sonra onlar "Audi" və "Mercedes" markalı avtomobillərlə ərazini tərk ediblər. Oğrular üzlərini maska ilə gizlədiblər. Avtomobillərin nömrələri isə saxta olub.
Hadisənin üstündən 3 həftədən çox keçməsinə baxmayaraq, polis hələ də oğruların izinə düşə bilməyib.
Qeyd edək ki, baş verənlər bir çox əmanətçiləri şoka salıb. Belə ki, onlar sığorta ilə maksimum 10,3 min avro ala biləcəklər. Əksər əmanətçilərin qutularda saxladığı əmlak bu rəqəmdən qat-qat çoxdur.
L.Tağıyeva