Almaniyada bələdiyyə sədrinə bıçaqla hücum edildi

07.10.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Almaniyanın  Herdecke şəhərinin meri İris Stalzer bıçaqla hücuma məruz qalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Der Spiegel məlumat yayıb.

Məlumata görə, 57 yaşlı qadının vəziyyəti ağırdır.

Qeyd olunub ki, Stalzer Almaniya Sosial Demokrat Partiyasının namizədi seçilib. O, seçildikdən qısa müddət sonra hücuma məruz qalıb. Siyasətçinin çoxsaylı bıçaq xəsarətləri aldığı bildirilir.

Hücum edənin kimliyi hələlik məlum deyil. 

Mina Mikayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью