Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Almaniyada yanacağın qiymətinin kəskin artması səbəbindən bəzi vətəndaşlar daha ucuz benzin almaq üçün Polşaya üz tutmağa başlayıb.
“Yeni Sabah” xəbər verir ki, ölkədə “Super Plus” benzininin bir litrinin qiyməti 3 avronu keçib. Yanacağın bahalaşması xüsusilə ictimai nəqliyyatın kifayət qədər inkişaf etmədiyi kənd və sərhədyanı bölgələrdə yaşayan insanların narazılığına səbəb olub.
Qiymət artımı Almaniyada siyasi gündəmə də təsir göstərib. Dördpendirli pizza
Polşa və Çexiya sərhədlərinə yaxın ərazilərdə yaşayan almanlar isə yanacağı qonşu ölkələrdən almağa üstünlük verirlər. Beləliklə, yanacaq almaq üçün sərhədi keçmək daha sərfəli seçimə çevrilib.
Almaniyanın “Bild” qəzeti də Polşadan yanacaq almağın maliyyə baxımından üstünlüklərini hesablayan yazılar dərc edib. Qəzet hətta Polşadan benzin alarkən nəzərə alınmalı məqamları əhatə edən xüsusi “bələdçi” hazırlayıb.
“Polşadan nə qədər ucuz yanacaq gətirməyə icazə verilir?” başlıqlı yazıda yol xərcləri nəzərə alınsa belə, bəzi hallarda Polşadan yanacaq almağın daha sərfəli olduğu qeyd edilib.
Məlumata görə, 60 litrlik avtomobil çənini Polşada dolduran sürücü qiymət fərqindən təxminən 30 avroya qədər qənaət edə bilər. Həmçinin avtomobildə əlavə olaraq 20 litrə qədər yanacağın bidonda gətirilməsinin mümkün olduğu bildirilib.
Qəzetin məlumatına görə, Avropa İttifaqı daxilində malların sərbəst dövriyyəsi prinsipi qüvvədə olduğundan xaricdə yanacaq dolduran şəxslər şəxsi avtomobillərinin çənini dolduraraq Almaniyaya qayıda bilərlər.
Son aylarda Polşadakı yanacaqdoldurma məntəqələrində Almaniya nömrəli avtomobillərin yaratdığı növbələrin artdığı da bildirilir. Bu isə iki ölkə arasında yanacaq qiymətlərindəki fərqin sürücülərin davranışına birbaşa təsir etdiyini göstərir.