Almaniyada bərə qəzası: 11 nəfər yaralandı

20.01.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Almaniyanın Hamburq şəhər limanında bərənin barja ilə toqquşması nəticəsində 11 nəfər xəsarət alıb.

Axar.az yerli mediaya istinadla xəbər verir ki, xəsarət alanların birinin vəziyyəti ağırdır.

Şiddətli toqquşma nəticəsində bərəyə də ciddi ziyan dəyib.

Qəzadan dərhal sonra hadisə yerinə gələn xilasedicilər bərədəki sərnişinləri və heyət üzvlərini təxliyə ediblər.

Hadisəyə dumanlı hava şəraitinin səbəb olduğu ehtimal edilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью