Almaniyada bu partiyalar birləşir Ukrayna, yoxsa Rusiya seçiləcək? | Icma.az
Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır. Xəbər verdiyimiz kimi, Almaniyada parlament seçkiləri bitdi.
Fridrix Merz növbəti kansler olub. F.Merzin kansler olması Avropa və Ukrayna üçün həyati vacib olduğu düşünülür.
O, Ukraynanın silahlanmasında çox fəal rol oynayacağı istisna edilmir. Bu realdırmı? Ukrayna üçün həqiqətən mühüm addım oldu?
Yeni kanslerin fəaliyyəti, eləcə də Ukraynanın taleyi necə olacaq?
Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Almaniyada Xristian Demokratların qələbə çalması Ukraynaya dəstəyin davamı anlamına gəlir: “Xristian Demokratların lideri də Ukraynaya hərbi yardımın davam etdirilməsi zərurətini vurğulayırdı.
İndi bu siyasətə sadiq qalacağı istisna edilmir. Lakin əvvəlcə koalisyon hökumət formalaşdırmalıdır.
Elxan Şahinoğlu Almaniya üçün Alternativ Partiyasının (AfD) çox səs toplaması Ukrayna üçün müəyyən qədər həyəcan təbili çalınması anlamına da gələ bilər.
Çünki bu partiya Ukraynaya dəstəyin dayandırılmasının tərəfdarıdır. Rusiya ilə münasibətlərin yaxşılaşmasını dəstəkləyir.
Tam oxu
Xəbəri oxu