Almaniyada bunkerlər yaradılır

26.11.2024

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Almaniyanın hakimiyyət orqanları bunkerlərin yaradılması üçün milli plan hazırlayır ki, bu plana mövcud sığınacaqların siyahısının təşkili daxildir.

Lent.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

“Raket hücumu zamanı müdafiəni təmin edə biləcək bütün mövcud binaların və fərdi evlərin siyahısının tərtib edilməsi planlaşdırılır”, - nəşr qeyd edir.

Bundan əlavə, plan çərçivəsində bunkerlərin axtarışı üçün mobil proqramların yaradılması və özünümüdafiə tədbirləri ilə bağlı məlumat kampaniyasının aparılması nəzərdə tutulur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью