Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Almaniyanın Erkelenz şəhərində kiçik təyyarə qəzaya uğrayıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər həlak olub.
Polisin məlumatına görə, Cessna təyyarəsi səhər saat 11:20 radələrində Mönhenqladbaxın cənubundakı Erkelenz-Gerderat kəndi yaxınlığındakı tarlaya düşüb. Ekipaj və qəzaya səbəb olan hallar barədə təfərrüatlar hələlik məlum deyil.
Hazırda yanğınsöndürmə briqadası və polis hadisə yerindədir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)