Almaniyada ciddi itki təhlükəsi: Şlotterbek üçün DÇ bitə bilər

21.06.2026

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

Almaniya millisinin müdafiəçisi Niko Şlotterbek ciddi zədə ilə üzləşib.

Apasport.az xəbər verir ki, Dortmund “Borussiya”sının futbolçusu DÇ-2026-nın E qrupunun II turunda Fil Dişi Sahili ilə matçın əvvəlində xəsarət alıb.

26 yaşlı müdafiəçi görüşün 13-cü dəqiqəsində topuğundan zədələnib. Şlotterbek fasiləyə qədər ağrıkəsici ilə oyunu davam etdirib, lakin ikinci hissədə onu Antonio Rüdiger əvəzləyib.

Almaniya millisinin baş məşqçisi Yulian Nagelsmann qarşılaşmadan sonra futbolçunun topuq nahiyəsində bağ zədəsi ala biləcəyini bildirib. Şlotterbekin dəqiq durumu MRT müayinəsindən sonra müəyyənləşəcək.

Qeyd edək ki, Almaniya Fil Dişi Sahilini 2:1 hesabı ilə məğlub edib. Şlotterbek isə zədəsinin ciddi olacağı halda, dünya çempionatının qalan hissəsini buraxa bilər.

DÇ-2026: Yaponiya Tunisi darmadağın etdi - YENİLƏNİB DÇ-2026: Ekvador və Kurasaodan heç-heçə - YENİLƏNİB DÇ-2026: Almaniyadan möhtəşəm geridönüş - YENİLƏNİB Almaniya - Fil Dişi Sahili matçının heyətləri açıqlandı DÇ-26: Niderland İsveçi darmadağın etdi - YENİLƏNİB
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью