Almaniyada Çinə casusluqda ittiham olunan ABŞ vətəndaşı həbs edilib

07.11.2024

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Almaniyanın Frankfurt şəhərində ABŞ vətəndaşı Çinə casusluqda şübhəli bilinərək həbs edilib.

APA “DW”ya istinadən xəbər verir ki, ABŞ vətəndaşı Almaniyada ABŞ hərbi xidmətlərində işləyərkən əldə etdiyi məlumatları Çin kəşfiyyatına ötürməkdə şübhəli bilinir.

Bildirilib ki, Martin D. adlı şəxs xarici kəşfiyyat xidməti üçün kəşfiyyat fəaliyyəti aparmaq istəyini ifadə etməkdə şübhəli bilinərək həbs edilib və o, 2024-cü ildə Çin rəsmiləri ilə əlaqə saxlayıb və onlara ABŞ ordusu ilə bağlı həssas məlumatları təqdim etməyi təklif edib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью