Almaniyada derbi oyununda xaos Video

22.08.2026

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

Almaniyada derbi oyununda xaos - Video

Almaniya kubokunun 1-ci mərhələsində keçirilən “Valdhof Mannheim” – “Kayzerslautern” matçı azarkeşlərin yaratdığı insidentlə yadda qalıb.

QOL.az xəbər verir ki, Cənub-Qərb derbisi tribunalarda gərginlik yaşanıb. “Kayzerslautern” ultraslarının sektora daxil olmasından sonra meydana pirotexniki vasitələr atılıb və stadionu tüstü bürüyüb.

Daha sonra hər iki komandanın ultrasları meydana axışıblar. Vəziyyətin gərginləşməsi səbəbindən asayişi bərpa etmək üçün çevik polis qüvvələri, o cümlədən atlı polislər meydana daxil olublar.

Matç “Kayzerslautern”in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, “Valdhof Mannheim” Baden-Vürtemberq əyalətinin Mannheim şəhərini, “Kayzerslautern” isə qonşu Reynland-Pfalts əyalətinin eyniadlı şəhərini təmsil edir. Bu komandaların qarşılaşması Almaniya futbolunun ən gərgin regional derbilərindən biri hesab olunur.

View this post on Instagram

A post shared by QOL.az - Football/sports news (@qolaz)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью