Almaniyada dərinləşən skuter problemi

20.07.2026

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Almaniyada skuter qəzalarında ölən və xəsarət alanların sayı artır. 

Avtosfer.az xəbər verir ki, bu barədə “Der Spiegel” nəşri Statistika xidmətinə istinadla məlumat yayıb. Qeyd olunur ki, federal polis 2025-ci ildə skuterlərin iştirakı ilə 16 500 qəza qeydə alıb. Bu da illik əsasda 38 faiz artım deməkdir. 

Skuter qəzalarında ölənlərin sayı da ötən il 40 faiz artaraq 38 nəfər olub. Bundan başqa, bu mobillik vasitələrinin iştirakı ilə baş vermiş qəzalarda 1900 nəfər ağır, 16 200 nəfər yüngül xəsarət alıb. Qəzaların əksəriyyəti əhalisinin sayı 100 min nəfərdən çox olan şəhərlərdə baş verib.

Almaniya Texniki Nəzarət Assosiasiyası “TÜV-Verband” skuter istifadəçilərinin qaydalara əməl etməsi üçün nəzarətin sərtləşdirilməsini təklif edib. Qurum yüksək məbləğli cərimələrin tətbiqinin tərəfdarıdır.

Vüqar

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью