Almaniyada dövlətə etimad ilk dəfə 17 faizə enib

30.07.2026

Banco.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada dövlətə etimad ilk dəfə 17 faizə enib.

Banco.az xəbər verir ki, Almaniyada keçirilən sorğunun nəticələri vətəndaşların dövlətə olan etimadının indiyədək qeydə alınan ən aşağı səviyyəyə düşdüyünü göstərib.

Alman Dövlət Qulluqçuları Həmkarlar İttifaqının (dbb) keçirdiyi sorğuya əsasən, dövlətin üzərinə düşən vəzifələri yerinə yetirə biləcəyinə inananların payı əvvəlki illərdə müvafiq olaraq 23, 25 və 27 faiz olduğu halda, bu il ilk dəfə 17 faizə qədər geriləyib.

Sorğu iştirakçılarının təxminən 79 faizi dövlətin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdə və qarşılaşdığı problemlərin həllində yetərsiz qaldığını bildirib.

Dövlət qulluqçuları, hakim koalisiyanı təşkil edən Xristian Demokrat İttifaqı/Xristian Sosial İttifaqı (CDU/CSU) və Almaniya Sosial Demokrat Partiyası tərəfdarları, eləcə də müxalifətdə olan Almaniya Yaşıllar Partiyası seçiciləri hökumətin fəaliyyət qabiliyyətinə digər qruplarla müqayisədə daha çox etibar etdiklərini ifadə ediblər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью