Almaniyada dron aşkarlanması hava limanında uçuşların dayandırılmasına səbəb olub

28.11.2026

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Almaniyanın Köln-Bonn hava limanında pilotsuz uçuş aparatının (PUA) aşkarlanması səbəbilə hava nəqliyyatının hərəkəti təxminən iki saat yarım müddətinə dayandırılıb.

APA-nın məlumatına görə, bu barədə Almaniyanın DPA xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, naməlum PUA noyabrın 27-də yerli vaxtla saat 22:00-a az qalmış hava limanının ərazisi üzərində müşahidə edilib. Bundan sonra bütün təyyarələrin eniş və uçuşları dayandırılıb.

Almaniyanın Hava Hərəkətinin İdarə Edilməsi Xidməti hadisəni araşdırıb və noyabrın 28-də gecə saat 00:30 radələrində təhlükənin olmadığı barədə məlumat verib. Bundan sonra hava limanında uçuşlar bərpa olunub.

Hadisənin səbəbləri və dronun kimə məxsus olduğu barədə hələlik məlumat verilməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью