Almaniyada əcnəbilər almanlardan daha çox qazanır?

26.08.2026

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Almaniyada bizneslə bağlı uzun müddətdir ki, ölkənin ixtisaslı işçi qüvvəsinə təcili ehtiyacın olduğu vurğulansa da Federal Məşğulluq Agentliyinin (BA) son məlumatları yerli və xarici işçilər arasında gəlir bölgüsündə əhəmiyyətli fərqlər ortaya qoyub.

“Cebheinfo.az” xəbər verir ki, BA-nın məlumatlarına görə, tam ştatlı xarici işçilərin orta gəliri 3358 avrodur ki, bu da alman işçilərinin orta gəlirindən 1038 avro azdır.
2024-cü ildə fərq daha da kiçik idi və 973 avro təşkil edirdi.

Bütün qruplara baxdıqda, xarici işçilərin 70 %-i Almaniyanın orta gəlirindən az qazanır. Lakin, bəzi xarici mütəxəssis qrupları alman işçilərindən daha çox qazanır.

2025-ci ildə tam ştatlı alman işçilərinin orta gəliri 4 396 avro hesablansa da, hind işçiləri 5 445 avro ilə siyahıda birinci yerdədirlər.

Hindistanlı işçiləri Tayvan (5395 avro) və Çin (5065 avro) mənşəli işçilər izləyir.Misir (4563 avro) və Belarus (4533 avro) mənşəli işçilər də Almaniyanın orta gəlirindən yüksək qazanc əldə ediblər.

Gəlir cədvəlinin ən aşağı hissəsində son illərdə əhalisinin əsasən Almaniyaya qaçqın kimi gələn  işçilər yer alır.

Somali (2798 avro), İraq (2804 avro), Suriya (2822 avro), Ukrayna (2825 avro) və Əfqanıstan (2817 avro) işçiləri Almaniyanın orta gəlirindən xeyli az qazanıblar.

BA və hökumət vurğulayır ki, xarici və alman işçiləri arasındakı gəlir fərqi əsasən təhsil, peşə ixtisasları və iş təcrübəsi ilə bağlıdır.

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью