Almaniyada əfqan miqrant işlədiyi mağazanın müdirini qətlə yetirib

08.05.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Berlin, 8 may, AZƏRTAC

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Krefeld şəhərində geyim mağazalarının birində işləyən əfqan miqrant müdirini qətlə yetirib.

AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, həmin şəxs iş gününün sonunda mağazanın 41 yaşlı qadın müdiri ilə birlikdə pulları sayarkən qəfildən ona bıçaqla ağır xəsarətlər yetirib. Qadın aldığı xəsarətlərdən hadisə yerində həlak olub. Şübhəli şəxs pulları götürərək qaçmağa çalışarkən küçədə polis əməkdaşlarına rast gəlib və dərhal saxlanılıb.

Hadisə ilə bağlı istintaq qrupu yaradılıb və təhqiqat aparılır.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью