Almaniyada əksəriyyət Mersin hökumət dəyişikliklərindən ümidli deyil Sorğu

31.07.2026

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Almaniyada əhalinin böyük hissəsi kansler Fridrix Mersin hökumətdə apardığı kadr dəyişikliklərinin ölkədə ciddi müsbət nəticələr verəcəyinə inanmır.

Bizimyol.info xəbər verir ki, "Wahlen" araşdırma qrupunun keçirdiyi sorğuya əsasən, almanların 70 faizdən çoxu kabinetdəki dəyişikliklərin vəziyyəti yaxşılaşdıracağı ilə bağlı nikbin deyil. Respondentlərin yalnız 17 faizi yeni təyinatların müsbət nəticələrə gətirib çıxaracağını düşünür, 13 faiz isə bunun əksini hesab edir.

Sorğu iştirakçılarının 61 faizi hökumətə yeni şəxslərin gətirilməsinin hər hansı ciddi dəyişiklik yaradacağına inanmır. Bununla yanaşı, respondentlərin 55 faizi yeni kabinetin tərkibinə ümumilikdə müsbət yanaşdığını bildirib.

Kansler Fridrix Mersin hökumətdəki dəyişiklikləri idarə etməsi isə daha çox tənqid olunub. Sorğuda iştirak edənlərin 57 faizi onun bu prosesdə fəaliyyətini mənfi qiymətləndirib. Mersin qərarlarını dəstəkləyənlərin sayı isə 21 faiz təşkil edib.

Kanslerin rəhbərlik etdiyi Xristian Demokrat İttifaqının (CDU) tərəfdarları arasında da fikir ayrılığı yaranıb. CDU seçicilərinin 39 faizi Mersin addımlarını müsbət qiymətləndirsə də, 43 faizi onun fəaliyyətini tənqid edib.

Hökumətdə dəyişikliklər zamanı Mers öz partiyadaşlarının da narazılığı ilə üzləşib. Səbəb nəqliyyat naziri Patrik Şniderin vəzifədən uzaqlaşdırılması prosesinin uzanması olub.

Mers iyulun 24-də 2025-ci ilin mayında hakimiyyətə gəldikdən sonra ilk hökumət dəyişikliklərini elan edib. Dəyişikliklər Bundestaqda CDU/CSU fraksiyasının rəhbəri Yens Şpanın vəzifədən ayrılmasından sonra başlayıb.

Nəticədə səhiyyə və nəqliyyat nazirliklərinin rəhbərləri dəyişdirilib. Həmçinin kanslerin administrasiyasına rəhbərlik edən Torsten Frey vəzifəsini tərk edib, onun yerinə keçmiş səhiyyə naziri Nina Varken təyin olunub.

Araşdırma iyulun 28-30-da aparılıb. Sorğuda 1,4 min Almaniya vətəndaşı iştirak edib.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью