Almaniyada gimnaziyada atışma olub, azı dörd nəfər yaralanıb

08.07.2026

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Almaniyanın Bavaria bölgəsində tədris müəssisəsində silahlı insident baş verib.

Bu barədə “BILD” xəbər verir.

Münhenin cənub-qərbində yerləşən gimnaziyada baş verən hadisə nəticəsində azı 4 nəfər xəsarət alıb, yaralıların dəqiq sayı bildirilməyib.

Yaralananların müəllim və ya şagird olması hələ müəyyənləşdirilməyib.

Xəsarət alanların bəzilərində bıçaq yarası olduğu qeyd olunub.

Hücumu törədən şəxs polis tərəfindən saxlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью