Almaniyada hərbi baza yaxınlığında PUA qəzaya uğradı

15.09.2026

Icma.az bildirir, Axar.az portalına istinadən.

Almaniyanın Hannover şəhərində (Aşağı Saksoniya) Vunstorf hərbi aerodromu yaxınlığında naməlum PUA qəzaya uğrayıb.

Axar.az “Bild” qəzetinə istinadən xəbər verir ki, hadisə yerinə polis qüvvələri cəlb edilib.

PUA yaşayış binalarının olmadığı ərazidə qəzaya uğrayıb. Polis hazırda onun qalıqlarını axtarır. Pilotsuz təyyarənin sahibi və onu idarə edən hələ ki, məlum deyil.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью