Almaniyada hərbi təlim: Sirenlər eyni vaxtda səsləndi

10.09.2026

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Almaniyada Milli Xəbərdarlıq Günü çərçivəsində zəlzələ, yanğın, elektrik enerjisinin kəsilməsi və radiasiya təhlükəsi kimi fövqəladə hallara hazırlıq məqsədilə ölkə üzrə xəbərdarlıq sistemi sınaqdan keçirilib.

Turkustan.az xəbər verir ki, Mülki Müdafiə və Fəlakətlərə Yardım üzrə Federal İdarənin (BBK) təşkil etdiyi təlim artıq altıncı dəfə keçirilib. Təlim çərçivəsində yerli vaxtla saat 11:00-da ölkə üzrə xəbərdarlıq sirenləri işə salınıb.

Federal modul xəbərdarlıq sistemi vasitəsilə mobil telefonlara da test və məlumatlandırıcı mesajlar göndərilib. Xəbərdarlıq siqnalı bir dəqiqə davam edib, saat 11:45-də isə təlimin başa çatdığını bildirən ikinci mesaj göndərilib.

Paytaxt Berlində 423 sirendən 363-ü sınaq zamanı işə salınıb. Qeyd edək ki, ötən il Berlində 30 ildən sonra ilk dəfə sirenlər işə salındıqda onların əksəriyyəti işləməyib.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью