Almaniyada hərbi vəziyyət sınağı: Xəstəxanalar hazırlaşır

16.09.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Almaniyada dövlət qurumları mümkün hərbi vəziyyət şəraitində fəaliyyət göstərə bilmək imkanlarını qiymətləndirmək üçün ölkənin infrastrukturu və səhiyyə sistemini təftiş edir. Bu barədə “Bloomberg” yazır.

Agentliyin məlumatına görə, Bundesverin Rusiyanın NATO-ya mümkün hücumu ilə bağlı hazırladığı ssenarilərdə Almaniyaya gündə 1 000-dək yaralı hərbçinin gətirilə biləcəyi hesablanıb.

Belə bir vəziyyətdə ölkənin beş hərbi hospitalının qısa müddətdə tam dolacağı bildirilir. Müharibə şəraitində mülki xəstəxanaların da hərbi qulluqçulara tibbi yardım göstərməsi nəzərdə tutulduğundan, səhiyyə sisteminin üzərinə böyük yük düşə bilər.

“Bloomberg”in məlumatına görə, hökumətin əsas vəzifələri arasında kifayət qədər xəstəxana çarpayısının təmin edilməsi, tibbi ləvazimatların təchizat zəncirinin gücləndirilməsi və hərbi hospitallarla mülki xəstəxanalar arasında koordinasiyanın yaxşılaşdırılması var.

Bununla yanaşı, tibbi kadr çatışmazlığı da ciddi problem olaraq qalır. Almaniyada hazırda cəmi bir neçə yüz həkimin döyüş travmaları və güllə yaralarının müalicəsi üzrə təcrübəyə malik olduğu bildirilir.

Bu səbəbdən mülki cərrahlar üçün döyüş şəraitində yaralanmaların müalicəsinə dair xüsusi hazırlıq kursları təşkil olunur.

S.ELAY

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью