Almaniyada hökumət böhranı dərinləşir Partiyaların limiti tükənib (ŞƏRH) | Icma.az
Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir. "Almaniyanın növbəti hökuməti xristian-demokratlardan təşkil olunacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Almaniya Bundestaqının kansler Olaf Şolts hökumətinə etimadsızlığı fonunda keçiriləcək yeni seçkilərin nəticələrini şərh edərkən deyib.
Taleh Əliyev bildirib ki, Şolts hökumətinin səlahiyyət müddətinin sonuna qədər fəaliyyət göstərə bilməyəcəyi hələ koalision hökumətin formalaşdığı ilk dövrlərdən ehtimal edilirdi: "Kifayət qədər fərqli siyasi xətt daşıyıcılarının bir araya gələrək yaratdıqları koalisiyanın zaman-zaman daxilində, xüsusən də Almaniyanın xarici siyasəti və Ukrayna məsələsində fikir ayrılıqları, ölkənin strateji qərarlarının qəbulunda fərqli baxışların olması yaşanmış hadisələr idi.
Hökumətə bu fikir ayrılıqlarından qaynaqlanan etimadsızlıq isə prosesin məntiqi sonluğu kimi qiymətləndirilə bilər.
Növbədənkənar seçkilərdə isə xristian-demokratların yenidən qalib gəlmə şansları daha yüksəkdir".
Ekspert bildirib ki, hazırkı koalision hökumətdə iştirak edən siyasi qüvvələrin hər biri seçki öncəsi xalqa verdiyi vədləri artıq xərcləyiblər: "Bu da xristian-demokratların seçicilər qarşısında reytinqinin yüksəlməsinə gətirib çıxara bilər.
Lakin xristian-demokratların təkbaşına iqtidar olacağı, yoxsa onların da digər qüvvələrlə koalisiya yaratmalı olacaqlarını isə indidən söyləmək çətindir.
Çünki Almaniya cəmiyyəti siyasi baxımdan kifayət qədər parçalanıb. Aparıcı siyasi partiyaların demək olar ki, stabil elektoratı mövcuddur.
Tam oxu
Xəbəri oxu