Almaniyada II Dünya müharibəsi dövrünə aid bomba tapıldı

07.08.2026

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Köln şəhərində II Dünya müharibəsi dövrünə aid aviabomba tapılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Doyts rayonunda, Reynparkda aşkarlanan 500 kq-lıq partlayıcı üzündən 400 metr radiusda 360 nəfər təxliyə olunub. 

Təxliyə 2 yerli telekanalın - RTL və NTV-nin işinə birbaşa təsir göstərib. Bəzi verilişlər təxirə salınıb, efirdə köhnə proqramlar yayımlanıb.

Qeyd edək ki, bombanın zərərsizləşdirilməsi üçün əraziyə mütəxəssislər cəlb olunub.

L.Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью