Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Almaniyanın Saarland əyalətinin paytaxtı Saarbrüken şəhərində iki sərnişin avtobusu toqquşub.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində 30-dan çox insan xəsarət alıb. Xəsarət alanlar arasında azyaşlılar da var.
Hadisə yerinə dərhal xilasedicilər və təcili yardım helikopteri göndərilib. Qəzanın baş vermə səbəbi araşdırılır.