Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Berlin, 6 oktyabr, AZƏRTAC
Almaniya üçün Alternativ (AfD) partiyasının üzvü Ralf Rauş Saksoniya-Anhalt əyalət parlamentinin sədri seçilib.
AZƏRTAC xəbər verir ki, bu, Almaniya Federativ Respublikasının tarixində sağçı-ekstremist hesab edilən bir partiyanın siyasətçisinin parlament sədri vəzifəsinə seçildiyi ilk haldır. R.Rauş gizli səsvermədə 83 deputatdan 48-nin səsini toplayıb. Onun əleyhinə 29 deputat səs verib, 5 nəfər bitərəf qalıb.
Qeyd edək ki, sentyabrın 20-da Saksoniya-Anhalt əyalət parlamentinə keçirilən seçkilərdə İfrat sağçı AfD rekord - 43,8 faiz səs toplayaraq birinci partiya olmuşdu. Partiya bu nəticə ilə 83 mandatdan 39-nu qazanıb. Parlamentdə Xristian Demokratlar Birliyi (CDU) 15, Sol, Yaşıllar və Sosial Demokrat partiyalarının hər biri 8, Sahra Vaqenknext İttifaqı (BSW) isə 5 deputatla təmsil olunur.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin