Almaniyada İŞİD çi saxlanılıb

02.10.2026

Icma.az bildirir, Azxeber.com portalına istinadən.

Almaniyanın Ayzenax şəhərində İŞİD terror təşkilatında iştirakda şübhəli bilinən Küveyt əsilli şəxs saxlanılıb.

Almaniya Federal Baş Prokurorluğu xəbər verir ki, Qərib S. Almaniya Federal Kriminal Polis İdarəsinin əməkdaşları tərəfindən sentyabrın 15-də Federal Ali Məhkəmənin istintaq hakiminin verdiyi order əsasında saxlanılıb.

İstintaqın məlumatına görə, şübhəli şəxs 2016-cı ilin avqustunda İraqda İŞİD-ə qoşulub. O, 2017-ci ilin əvvəlinədək təşkilatda hərbi polis əməkdaşı kimi silahlı şəkildə xidmət edib.

Qərib S. saxlanıldıqdan sonra Federal Ali Məhkəmənin istintaq hakiminin yanına aparılıb. Hakim onun həbsdə saxlanılmasına qərar verib.

///report///

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью