Almaniyada İŞİD in üzvü olmaqda şübhəli bilinən iki nəfər saxlanılıb

14.08.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Berlin, 14 avqust, AZƏRTAC

Almaniyanın Saksoniya əyalətində İŞİD terror təşkilatının üzvü olmaqda şübhəli bilinən iki İraq vətəndaşı saxlanılıb.

AZƏRTAC xəbər verir ki, Drezden Baş Prokurorluğunun məlumatına görə, 33 və 27 yaşlı şəxslər Drezden və Köniqştayn şəhərlərində keçirilən əməliyyatlar zamanı saxlanılıblar. Onların hər biri barəsində Drezden Ali Əyalət Məhkəməsinin həbs qərarı olub.

İstintaqın versiyasına əsasən, şübhəlilər 2016-2017-ci illərdə müxtəlif hərbi birləşmələrin tərkibində İŞİD sıralarında döyüşçü kimi fəaliyyət göstəriblər. Onların bu fəaliyyətə görə aylıq ödəniş aldığı bildirilir.

Əməliyyat zamanı mobil telefonlar, noutbuk və şəxsiyyəti təsdiq edən sənədlər götürülüb. Hazırda istintaq tədbirləri və maddi sübutların təhqiqatı davam etdirilir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью