Almaniyada “islamçılıq əleyhinə” reklamlar yığışdırıldı

17.11.2026

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bremen daxili kəşfiyyat idarəsinin islamçılıq əleyhinə kampaniyasında istifadə etdiyi, quzu dərisinə bürünmüş qurd təsvirli elanlar müsəlmanların güclü etirazları səbəbindən qaldırılıb.

“Cebheinfo.az” xəbər verir ki, Bremen əyalətinin Konstitusiyanı Mühafizə Təşkilatının islamçılıq əleyhinə kampaniyasında istifadə etdiyi "quzu dərisindəki qurd" şəkili etiraza səbəb olub. 

Bremen Daxili İşlər Senatoru Eva Högl elanın ölkədə yaşayan müsəlmanlara mənfi təsir göstərməsindən “böyük təəssüf hissi keçirdiyini” açıqlayıb.

Etirazlar Bremen daxili kəşfiyyatının noyabrın 4-də başladığı islamçılıq əleyhinə xəbərdarlıq kampaniyası üçün istifadə edilən elanlardan sonra başlayıb.

Şəhər ərazisindəki rəqəmsal elanlarda yayımlanan, quzu dərisinə bürünmüş qurd təsvirli elanda aşağıdakı ifadələr yer alıb:

"Bremen Konstitusiyanı Mühafizə Təşkilatı xəbərdarlıq edir: Görünüşdə dostcanlısı. Mahiyyətcə demokratiya əleyhinə. İslamçılıq sızma bir təhlükədir. Şəkilin arxasındakına baxın!"

Bremenli müsəlmanlar bu elanların bütün müsəlmanları şübhə və töhmət altında qoyduğuna diqqət çəkərək etirazlarını bildirriblər.

Bremen İslam Dini Cəmiyyəti (Schura Bremen) təəccüb və dəhşət içindəyik deyə açıqlama verib.

Konstitusiyanı Mühafizə Təşkilatının kampaniyasını "müsəlmanlara qarşı ehtiyatsızcasına mənfi rəy yaratmaqda" günahlandıran dini icma həmçinin daxili kəşfiyyatı istifadə olunan quzu dərisinə bürünmüş qurd şəkli ilə "dehumanizasiya (insandankənarlaşdırma) üsullarına əl atmaqda" ittiham edib.

Kampaniyanın "ölkədəki bütün müsəlmanları töhmət altında qoyduğu, qərəzləri artırdığı, sosial etimadı zədələdiyi" ifadə edilərkən, kampaniyaya dərhal son qoyulması və bunun yaratdığı nəticələrə görə üzr istənilməsi çağırışı edilib.

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью