Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Almaniyanın Krefeld şəhərində 23 ton azot turşusu daşıyan tankerin aşması nəticəsində kimyəvi maddə sızması baş verib.
Turkustan.az xəbər verir ki, hadisədən sonra ərazidə həyəcan siqnalı verilib, məktəblər bağlanıb və sakinlərə evlərini tərk etməmək tövsiyə olunub.
Krefeld şəhərinin polisi və yanğınsöndürmə xidmətinin məlumatına görə, qəza gecə saatlarında Berliner küçəsində, A57 avtomobil yolunun giriş rampasında baş verib.
Hadisə yerinə çoxsaylı polis və yanğınsöndürmə briqadaları, eləcə də kimyəvi maddələr üzrə mütəxəssislər cəlb olunub. Krefeld bələdiyyəsi NINA xəbərdarlıq tətbiqi vasitəsilə sakinlərə yüksək təhlükə siqnalı göndərib.
Qəza zamanı xəsarət alan tanker sürücüsü xəstəxanaya yerləşdirilib.
Azot turşusunun yüksək aşındırıcı xüsusiyyətini nəzərə alan səlahiyyətli qurumlar sakinlərə qapı və pəncərələri bağlamağı, havalandırma və kondisioner sistemlərini söndürməyi tapşırıb.
Aytən Yaşar/Turkustan.az