Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Berlin, 4 oktyabr, AZƏRTAC
Almaniyanın Zaarbrüken şəhərində yerləşən klinikada yanğın baş verib.
AZƏRTAC “Spiegel” qəzetinə istinadla xəbər verir ki, yanğın nəticəsində azı 20 nəfər xəsarət alıb. Binadan ümumilikdə təxminən 100 nəfər təxliyə edilib.
Yanğının binanın birinci mərtəbəsindəki palataların birində başladığı bildirilir. Hadisə yerinə 100-ə yaxın yanğınsöndürən, təcili tibbi yardım və polis əməkdaşı cəlb olunub. Yanğın söndürülüb və araşdırmalar aparılır.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin