Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Bavariya” heyətini yeni futbolçu ilə gücləndirib.
"Football-plus.az" xəbər verir ki, Almaniya klubu “Ayntraxt”ın sol cinah müdafiəçisi Nataniel Braunu transfer edib. 23 yaşlı futbolçu ilə müddəti 2031-ci il iyunun 30-dək nəzərdə tutulan müqavilə imzalanıb. Tanınmış jurnalist Fabritsio Romano “Bavariya”nın bu transfer üçün 55 milyon avro ödəyəcəyini bildirmişdi.
Braun “Ayntraxt”da 2024-cü ilin yayından çıxış edirdi. O, ötən mövsüm bütün turnirlərdə 42 oyunda iştirak edib, 4 qol vurub və 6 məhsuldar ötürmə verib. Almaniyalı müdafiəçi həmçinin ölkəsinin milli komandasında 8 oyun keçirib.