Almaniyada maşın izdihamın üzərinə sürüldü: yaralılar var

02.05.2025

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Almaniyanın Ştutqart şəhərində sürücü avtomobili izdihamın üzərinə sürüb.

Axar.az xəbər verir ki, bu barədə şəhər polisinin X hesabında məlumat verilib.

Polisin verdiyi məlumata görə, hadisə nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisədə şübhəli bilinən “Mersedes” markalı avtomobilin sürücüsü saxlanılıb. Hadisənin qəza olub-olmadığı bəlli deyil.

Hadisənin baş verdiyi ərazi mühasirəyə alınıb, yaralılara yerindəcə tibbi yardım göstərilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью