Almaniyada maşını insanların üzərinə sürən şəxs Səudiyyə vətəndaşıdır

21.12.2024

Azpost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Almaniya polisi sürətlə insanların üzərinə sürən avtomobilin sürücüsünü saxlayıb. Onun 1974-cü il təvəllüdlü Səudiyyə Ərəbistanı əsilli olduğu bildirilir.

Bu haqda “Welt” qəzeti hüquq mühafizə orqanlarına istinadən məlumat yayıb.

Maqdeburqda insident baş verən yerdə partlayıcı maddələrin axtarışı aparılır.

Hadisə şahidləri avtomobilin məqsədli şəkildə bazara gələnlərə doğru hərəkət etdiyini qeyd ediblər.

Dövlət rəsmiləri hadisəni terror aktı kimi qiymətləndiriblər.

Hadisə nəticəsində 11 nəfər ölüb, 80 nəfərə qədər insan xəsarət alıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью