Almaniyada məcburi hərbi xidmətin bərpası məsələsi müzakirəyə çıxarılır | Icma.az
Icma.az, Azertag portalına istinadən məlumat verir. Berlin, 7 iyun, AZƏRTAC Almaniya Bundestaqının yeni hərbi komissarı Henninq Otte ölkədə
Bunun əvəzində onların sıraları genişləndirilməlidir”.Bu məsələnin il ərzində yenidən parlamentə təqdim olunmasının vacibliyini bildirən H.O
Komissarın fikrincə, İsveçdə tətbiq olunan məcburi hərbi yoxlama sistemi Almaniya üçün də nümunə ola bilər.
O, gənclərlə birbaşa ünsiyyətin onların Bundesverdə xidmət etməyə dair marağını artıracağını düşünür.Müdafiə naziri Boris Pistoriusun orduda 60 min əlavə əsgərə ehtiyac olması barədə açıqlamasına münasibət bildirən H.Otte deyib ki, nazir bu ehtiyacın necə təmin ediləcəyini izah etməlidir.
O, gənc kişilərə məktub göndərilərək onların hərbi xidmətə marağının soruşulması qaydasının kifayət qədər təsirli olmadığını hesab edir.
H.Otte hərbi xidmətin daha cəlbedici olması üçün əlavə təşviqlərin tətbiqini, o cümlədən pensiya balı sistemindən faydalanma, sürücülük vəsiqəsinin verilməsi və xidmət müddətinin universitetə qəbul üçün gözləmə semestri kimi sayılmasını təklif edib.
Elvin MövsümAZƏRTAC-ın xüsusi müxbiriBerlin Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu