Almaniyada məktəblərə eyni hədə məktubu göndərildi

23.11.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Almaniyada 450-dən çox məktəbə bomba ilə bağlı hədə məktubları göndərilib.

Bakıvaxtı.az "Bild"ə istinadən xəbər verir ki, məktublarda "Səni ölüm gözləyir" yazılıb.

Məlumata görə, eyniməzmunlu məktublar ölkə üzrə bir çox məktəbə göndərilib. 

Həmçinin hüquq-mühafizə orqanları şübhəli partlayıcı qurğular barədə məlumatlar alıblar.

Hüquq-mühafizə orqanları təhdidləri inandırıcı hesab etməyərək məktəblərin təxliyə edilməməsini tövsiyə ediblər. Buna baxmayaraq, bəzi məktəblərdə dərslər dayandırılıb, şagirdlər və müəllimlər müvəqqəti olaraq təxliyə ediliblər.

Faktla bağlı istintaq başladılıb. Məktubları göndərən şəxsin kimliyi hələlik müəyyən edilməyib.

Gülşən Şərif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью