Icma.az bildirir, Modern.az saytına əsaslanaraq. Almaniyanın bir sıra şəhərlərində məktəblilər ölkədə hərbi çağırış qaydalarının sərtləşdiri
Modern.az yerli mətbuata istinadən xəbər verir ki, nümayişlər həm Berlin, Drezden, Leypsiq kimi böyük şəhərlərdə, həm də kiçik yaşayış məntə
Aksiya təşkilatçıları bildiriblər ki, ümumilikdə etirazların ölkənin 90 şəhərində təşkili planlaşdırılıb.
Etirazlar dərs saatlarına təsadüf etdiyindən bir çox şagirdlər aksiyaya qoşulmaq üçün son bir-iki dərsi buraxıblar.
Ümumilikdə yüzlərlə məktəbli etirazlara qatılıb, Berlin isə iştirakçı sayına görə xüsusi seçilib, burada nümayişçilərin sayı 3 min nəfəri keçib.
Aksiyada aşağı sinif şagirdləri ilə yanaşı kiçik uşaqları olan valideynlər də iştirak ediblər.
Nümayişlər Bundestaqın həmin gün çağırış sisteminə dair islahatları təsdiqləməsi fonunda baş verib.
Yeni qaydalara əsasən, Almaniyada gənclər 18 yaşına çatdıqdan sonra məcburi tibbi müayinədən keçməlidirlər.