Almaniyada mənzillərin kirayə qiymətləri xeyli bahalaşıb

03.02.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Berlin, 3 fevral, AZƏRTAC

Almaniyada mənzillərin kirayə qiymətləri xeyli artıb. Lakin buna baxmayaraq, satış qiymətləri əvvəlki kimi sabit qalıb.

AZƏRTAC xəbər verir ki, “Spiegel”ə istinadla xəbər verir ki, Alman İqtisadiyyat İnstitutu (IW) ötən ilin sonuncu rübündə kirayə qiymətlərinin bir il əvvəlki dövrlə müqayisədə orta hesabla 4,7 faiz artdığını açıqlayıb. Ən çox artım Berlin (8,5 faiz), Essen (8,2 faiz), Frankfurt (8 faiz), Leyptsiq (7,3 faiz) və Düsseldorf (7,2 faiz) şəhərlərində qeydə alınıb.

IW-nin hesabatına görə, bu proses iqtisadi qeyri-müəyyənliyə baxmayaraq, yüksək tələbin davam etdiyi kirayə bazarındakı dinamikanın göstəricisidir. Bu prosesin 2025-ci ildə də davam etməsi gözlənilir. Bunun əsas səbəbi mənzil inşaatının səviyyəsinin tələbdən geri qalmasıdır. Ötən il ölkədə 260 min yeni mənzil istifadəyə verilib. Cari ildə isə bu rəqəmin 230 min olması gözlənilir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью