Axar.az saytına istinadən Icma.az xəbər verir.
Almaniyanın müxtəlif bölgələrində, xüsusilə də Şimali Reyn-Vestfaliya və Reynland-Pfalts əyalətlərində uzunsürən quraqlıq və yüksək temperatur səbəbindən kütləvi meşə yanğınları tüğyan edir.
Axar.az xəbər verir ki, Şimali Reyn-Vestfaliyanın Hirtqenvald ərazisində 200 hektardan çox sahəni əhatə edən yanğının əyalət tarixində ən böyük meşə yanğını olduğu bildirilir. Alovların yaşayış məntəqələrinə yaxınlaşması ilə əlaqədar 2 mindən çox sakin təxliyə edilib. Yanğınla mübarizəyə yüzlərlə yanğınsöndürən, polis, Bundesver hərbçiləri və ağır texnika cəlb olunub. Ərazidə İkinci Dünya müharibəsindən qalmış sursatların partlama riski xilasetmə əməliyyatlarını daha da mürəkkəbləşdirir.
Analoji mürəkkəb vəziyyət Reynland-Pfalts əyalətində də yaşanır. Mayen-Koblens rayonunda bəzi kəndlərin sakinlərinə təxliyəyə hazırlıq barədə xəbərdarlıq edilib. Baş verən fəlakətlər nəticəsində indiyədək beş nəfərin xəsarət aldığı bildirilir.