Almaniyada məşhur şirkətin baş ofisinə Molotov kokteyli atıldı

03.09.2026

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Münhendə ötən gecə naməlum şəxslər texnologiya və müdafiə sənayesi sahəsində ixtisaslaşmış məşhur Rohde & Schwarz kompaniyasının baş ofisinin ərazisinə bir neçə Molotov kokteyli atıb.

525.az Almaniya mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə gələn polislər qısa zamanda alovu söndürüblər.

Dərhal başlanılan əməliyyat səmərə verib. Polis qısa zamanda 28 yaşlı qadın və 38 yaşlı kişini saxlayıb. Onların adları açıqlanmasa da, Bolqarıstan vətəndaşı olduqları, hücumun isə siyasi xarakter daşıdığı bildirilir.

Qeyd edək ki, Rohde & Schwarz 90 ildən artıqdır ki, Almaniya Silahlı Qüvvələrinin strateji texnoloji tərəfdaşlarından biridir. Kompaniya ordunun rəqəmsallaşdırılması və elektromaqnit spektrində üstünlük qazanması üçün əsasən təhlükəsiz hərbi rabitə, radiolokalizasiya, kəşfiyyat və şifrələmə sistemləri istehsal edir.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью