Almaniyada miqrantlara qarşı nümayiş keçirildi

22.12.2024

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Almaniyanın Maqdeburq şəhərində (Saksoniya-Anhalt federal əyaləti) qanunsuz miqrantların deportasiyası tələbi ilə yüzlərlə insanın iştirak etdiyi nümayiş keçirilib

Axar.az DPA-ya istinadən xəbər verir ki, nümayiş Milad yarmarkasında törədilən terror aktından dolayı baş tutub.

İştirakçılar “Remiqrasiya”, “Öz xalqına qarşı siyasətə son” yazılan pankartlar, bəziləri neonasist şüarları səsləndiriblər.

Mitinqdə Almaniyada tanınmış sağ radikallar iştirak ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью