Almaniyada miqrasiya siyasətinin sərtləşdirilməsinə dair qətnamə qəbul olunub

30.01.2025

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Almaniyada parlament müxalifəti miqrasiya siyasətinin sərtləşdirilməsinə yönəlmiş qətnamənin qəbuluna nail olub.

APA xəbər verir ki, bu barədə “Deutsche Welle” məlumat yayıb.

Səsvermədən əvvəl kansler Olaf Şoltz parlament üzvlərini qətnaməni rədd etməyə çağırıb.

Lakin sonda 348 deputat layihəni dəstəkləyib, 345-i əleyhinə çıxıb, 10-u isə bitərəf qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью