Azvision portalından alınan məlumata görə, Icma.az xəbər verir.
5%-lik baryeri keçəcəyi gözlənilən iştirakçıların arasında hazırkı kansler Olaf Şoltsun rəhbərlik etiyi Almaniya Sosial-Demokrat Partiyası (16%), “Yaşıllar” (14%) və “Sol partiya” (7%) var.
Proqnozlara görə, Almaniyanın yeni kansleri XDİ/XSİ (CDU/CSU) blokunun lideri Fridrix Merts olacaq.
Amma onun mühafizəkarları hökuməti təkbaşına formalaşdırmağa imkan verəcək qədər səs toplaya bilməyəcəklər.
Buna görə də Merts ya sosial-demokratlar, ya da “yaşıllar” ilə koalisiya yaratmalıdır.
Sağ-populist “Almaniya üçün Alternativ” partiyası ilə koalisiya quracağı gözlənilmir.
Fridrix Merts çıxışlarında Ukraynaya hərbi yardımı davam etdirəcəyini, Kiyevə 500 km.
məsafəni vuran “Taurus” qanadlı raketləri göndərəcəyini bildirib.