Almaniyada ölkə boyu cihadçı ovu 50 dən çox basqın, 100 lərlə həbs

14.11.2025

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Almaniyanın 12 vilayətində zorakılığı təbliğ edən islamçı paylaşımlar edən şəxslərin evlərinə basqınlar edilib.
Bakupost.az xəbər verir ki, Almaniya Federal Polis İdarəsi tətəfindən verilən açıqlamada, 50-dən çox evdə axtarış aparıldığı və yüzlərlə şübhəlinin sorğuya çəkildiyi bildirilib. Avstriya və İsveçrədə də oxşar əməliyyatlar keçirilib.
Araşdırmalara görə, cihadçı təbliğat hazırda TikTok, “Instagram” və “Rocket.Chat”, “Telegram” kimi sosial platformalar vasitəsilə yayılır. Zorakılığı təbliğ edən islamçı paylaşımlarda dini marşlar mühüm rol oynayır.
Çihadçılar ərəb dilində ifa olunan marşlardan həm qorxu yaratmaq, həm də yeni üzv cəlb etmək üçün istifadə edirlər.
Almaniyada yayılan cihadçı marş videolarının böyük əksəriyyəti İŞİD-ə məxsusdur. Bəzi videolarda edam səhnələri nümayiş olunur.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью