Almaniyada panika: Suriyalılar ölkədən gedərsə... | Icma.az
Publika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Suriyada 13 il əvvəl başlayan vətəndaş müharibəsindən qaçan 1 milyona yaxın suriyalı Almaniyaya sığınıb.
Dekabrın 8-də Əsəd rejiminin devrilməsi ilə Almaniyadakı suriyalıların ölkələrinə qayıtma ehtimalı iqtisadiyyatda çaxnaşma yaradıb.
Publika.az xəbər verir ki, Suriyada Əsəd rejiminin devrilməsi ilə yeni dövr başlayır.
13 ildir davam edən vətəndaş müharibəsinin başa çatması ilə milyonlarla suriyalı qaçqın öz ölkələrinə qayıtmağa hazırlaşır.
Avropada ən çox suriyalı qaçqına ev sahibliyi edən Almaniyada “Suriyalılar gedərsə” panikası başlayıb.
2014-cü ildən bəri təxminən 1 milyon suriyalıya ev sahibliyi edən Almaniyada qaçqınlar ölkə iqtisadiyyatının təməl daşına çevrilib.
Almaniya Suriyada yeni dövrün başlaması ilə birlikdə qaçqınların qəfil geri qayıtmasından narahatdır.
Tam oxu
Xəbəri oxu