Icma.az, Missiya.az portalına istinadən məlumat verir.
Almaniyanın Münhen şəhərinin ən hərəkətli küçələrindən biri olan Lerchenauer Strasse-də partlayış baş verib.
Missiya.Az xəbər verir ki, hadisə insanların sıx olduğu ərazidə baş verdiyindən dərhal geniş təhlükəsizlik tədbirləri görülüb.
Hadisə yerinə çoxlu sayda polis və yanğınsöndürən briqadaları cəlb olunub. Səlahiyyətlilər ərazinin mühasirəyə alındığını və əməliyyatın davam etdiyini bildirir. Polis yolun böyük hissəsinin təhlükəsizlik məqsədilə bağlandığını təsdiqləyib.
Hazırda partlayışın səbəbi və digər təfərrüatlar barədə rəsmi açıqlama verilməyib. Hadisənin səbəbinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.
Seyranə Quliyeva
Missiya.Az