Almaniyada pərakəndə satışlar azalıb

30.05.2025

Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada pərakəndə satışlar aprel ayında aylıq 1,1 faiz azalıb.

Banco.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsi (Destatis) aprel ayının pərakəndə satış göstəricilərini açıqlayıb.

Destatis-in məlumatlarına görə, təqvim və mövsümi təsirlərdən təmizlənmiş real pərakəndə satışlar apreldə əvvəlki ayla müqayisədə 1,1 faiz azalıb. Bu göstərici son iki ildə qeydə alınan ən aşağı aylıq dəyişiklik olub.

Pərakəndə satışlar illik müqayisədə isə 2,3 faiz artıb.

Bazar proqnozları Almaniyada pərakəndə satışların aylıq əsasda 0,2 faiz, illik əsasda isə 1,8 faiz artacağı istiqamətində idi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью