Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Almaniya parlamentində Xristian-Sosial İttifaqının (XSS) fraksiya rəhbərinin torpaq qrupu üzrə sədri Aleksandr Hoffmann Avropa İttifaqını Rusiya prezidenti Vladimir Putinlə birbaşa dialoqa başlamağa çağırıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Handelsblatt" qəzeti məlumat yayıb.
Hoffmann bildirib ki, Avropa özünü bu prosesdə müstəqil siyasi oyunçu kimi dərk etməlidir:
“Avropa bu meydanda oyunçu olduğunu hiss etməlidir. Biz Avropa maraqlarını təmsil etməliyik və bunu Putinlə danışıqlar yolu ilə etmək mümkündür və vacibdir”, - deyə o vurğulayıb.
Parlamentari mümkün danışıqlar zamanı Aİ-yə üzv ölkələrin Rusiyaya qarşı “vahid səs”lə çıxış etməsinin zəruriliyini də qeyd edib.
Nuriyyə NATİQQIZI