Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Almaniya hüquq-mühafizə orqanları “Son müdafiə dalğası” ifrat sağçı terror təşkilatına üzv olmaqda və bu qurumu dəstəkləməkdə şübhəli bilinən 5 nəfəri saxlayıb.
Axar.az xəbər verir ki, bu barədə Almaniya Baş Prokurorluğunun bəyanatında deyilib.
Məlumata görə, onlardan dördü bu təşkilata üzv olmaqda, biri isə onu dəstəkləməkdə şübhəli bilinir:
“Saxlanılanlardan üçü qruplaşmanın rəhbərliyində təmsil olunub. Saxlanılanların hamısı Almaniya vətəndaşıdır. Şübhəlilər qaçqınlara və siyasi dissidentlərə qarşı hücumlar planlaşdırıb”.