Almaniyada qadın bıçaqla insanlara hücum edib

08.06.2025

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Almaniyanın Münxen şəhərində 30 yaşlı qadın bıçaqla insanlara hücum edib.

“Ölkə.az” xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Qeyd olunub ki, hadisə dünyanın ən böyük pivə festivalı olan Oktoberfestin keçirildiyi Terezienvize meydanına baş verib.

Qadın yoldan keçən bir neçə nəfəri bıçaqlayıb.

Qəzet vurğulayıb ki, polis onu güllələyib. Hadisədən sonra təcili əməliyyat olunan qadının həyatını xilas etmək mümkün olmayıb.

Bundan əvvəl Almaniyanın şərqindəki Passau şəhərində (Bavariya federal əyaləti) naməlum şəxs avtomobili izdihamın üzərinə sürüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью